“Yaşama ilham verən 100 qadın” layihəsinin qala gecəsi keçirilib -Fotolar /Videolar

  • By ilhame
  • 03 İyun 2024 20:00

Gülüstan sarayında ”Yaşama İlham Verən 100 Qadın” layihəsi sezonunun son qala gecəsi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Milli Məclis üzvlərinin, QHT rəhbərlərinin, media nümayəndələrin və özəl sektorun təmsilçilərinin qatıldığı tədbiri giriş sözü ilə Aynur Ağazadə açıb.

Sayca 7-ci Qala gecəsini keçirdiklərini xatırladan Aynur Ağazadə onun əhəmiyyətindən danışıb: “Bu layihənin artıq 7-ci Qala gecəsidir ki, keçirilir. Bu o deməkdir ki, artıq 700-ə yaxın xanım bir-biri ilə ünsiyyət quraraq, biri-birinə dəstək olmaqla, uğurla irəliləyirlər. Layihə çərçivəsində əsas məqsəd qadınlara həyatlarının hər bir sahəsində dəstək olmaq, onların öz potensiallarını reallaşdırmağa, məlumat əldə etməyə, sosial həyata tövhə verməyə, iqtisadi cəhətdən güclənmələrinə kömək etməkdir“.

Onun çıxışından sonra tədbirdə ilin ən başarılı xanımları mükafatlandırılıb .

Qonaqlardan – millət vəkilləri Aydın Hüseynov, Jalə Əhmədova, Ceyhun Məmmədov, Elman Nəsirov,Türk Dövlətləri Assosiasiyasının prezidenti Vüqar İsgəndərov, Televiziya aparıcısı Hacı Nuran, BDU-nin professoru İradə Hüseynova və Qızıl qələm mükafatçısı Günay Vəliyeva, professor Gülzar İbrahimova və digərləri təbrik nitqi söyləyib.

Millət vəkili Elman Nəsirov çıxışında qeyd edib ki, bu layihə çox mühüm bir missiyanı həyata keçirir: ” Hər bir istedadlı xanımı bir araya toplayıb cəmiyyətə tanıtmaq və onlara uğur qazandırmaq böyük işdi və buna görə də Aynur xanıma xüsusi təşəkkür edirik“.

Millət vəkili Jalə Əhmədova çıxışında ölkə qadınlarının örnək aldığı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib ki, bu gün bütün sahələrdə uğur qazanan Azərbaycan qadını onu özlərinə örnək götürürlər.

Bu layihənin də xüsusi əhəmiyyətli olmasını vurğulayan Jalə xanım bütün xanımlara uğurlar arzulayıb.

BDU-nin professoru İradə Hüseynova isə qadının müqəddəs bir varlıq olduğunu deyib:

Qadın ülvi hisslər, incə duyğular dünyasıdır. Qadın anadır, qadın həyat yoldaşıdır, qadın ictimai-siyasi həyatda da aktiv fəal mövqeyə malik olan şəxsiyyətdir. Bu gün Azərbaycan qadını üçün münbit bir şərait yaradılıb ki, bütün sahələrdə qadınlar özlərini sınayaraq, uğurla addımlayırlar“.

Bu layihə də iştirak edən hər kəsə uğurlar arzulayan İradə xanım çıxışının sonunda Hüseyn Cavidin –

Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”, – şerini deyib.

 

Tədbirə qatılan digər qonaqlar da çıxışlarında bu layihənin rəhbəri Aynur Ağazadəyə uğurlar arzulayıblar. Onlar layihənin uzun ömürlü olmasını və Azərbaycan qadının hər zaman əzmkar və bacarıqlı olmasını xüsusi vurğulayıblar.

Tədbirdə mükafat alan şəxslər layihə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə bədii hissə də yer alıb.

Müğənni Gül Mary öz vətənpərvər mahnısı ilə və Vaqif Mustafazadə adına məktəbin “Aysel” rəqs qrupu Azərbaycan rəqsi ilə tədbirə rəngarənglik qatıblar.

İlhamə Məmmədova

Gununsesi.info