Yasamal da yol-nəqliyyat hadisəsi baş verib

  • By ilhame
  • 11 Fevral 2024 10:42

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Nəsimi Mübariz oğlu Umbayevi vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Gununsesi.info