Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlərin qəbulları davam edir. Həftəlik qəbul cədvəlinə uyğun olaraq bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini qurumun inzibati binasında qəbul edib.
. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə ətraflı məlumat verməyi xahiş etdi. Qəbulda iştirak edən rayon sakinləri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkə rəhbərliyinə təbriklərin çatdırılmasını xahiş etdilər.
Növbə ilə söz alan rayon sakinləri mənzillə təminat, qanunsuz tikililər, tikililərin dövlət ehtiyacları üçün alınması, məşğulluq və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.
Qəbulda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olundu, digərlərinin həlli istiqamətində isə İcra Başçısı Elşad Həsənov tərəfindən müvafiq tapşırıqlar verildi.