“AMEA-nın əməkdaşı, “Sovetski” sakini İlhamə Kərimova evinə girə bilmir. İndicə zəng edib ki, ətrafı uçurdublar, söküntü materialları evimin qarşısına yığılıb. Qapını açıb içəri girə bilmirəm ki, əşyalarımı götürüm. Bundan əvvəl isə qaz, işıq və suyu kəsiblər”.
Bu sözləri gununsesi.info-ya İ. Kərimovanın vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, hazırda iş məhkəmədədir: “Məhkəmədəki biabırçı səviyyədə olan qanunsuzliqlar ayrı bir dastandır. Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu günlərdə əraziyə gəlib, İ. Kərimovaya deyib ki, evdən çıx. İ. Kərimova isə bildirib ki, hələki məhkəmə bu haqda qərar çıxarmayıb, mən müqvilə imzalamamışam. Mülkiyyətimdən hansı əsaslarla məni çıxarırsınız? İ.Mehdiyevin cavabı belə olub: “Əəəəə…. nə məhkəm. Zad nağılı danışırsan? Məhkəmə kimdir, dedim çıx boşalt evi, vəssalam!”.
Gülnaz Qənbərli