Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib

  • By admin
  • 20 Sentyabr 2022 11:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup rayon sakinini qəbul edib.

Gununsesi.info-ya verilən xəbərə görə, qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, İcra Hakimiyyətinin qapıları hər bir sakin üçün açıqdır və bu qəbullara hər bir Yasamal rayon sakini qeydiyyatdan keçərək qatıla bilər. Görüşdə İcra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və digər vəzifəli şəxsləri iştirak etdilər. Qəbulda növbə ilə söz alan Yasamal sakinləri öz problemləri barədə danışaraq yaşayış binalarının zirzəmisində təmir-tikinti işləri, məşğulluq, mülkiyyət mübahisələri, mənzil növbəsi, kirayə ev üçün maliyyə vəsaiti və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saatdan çox davam edən qəbulda sakinləri dinlədi və təcili həlli tələb olunan məsələlərlə baglı  RİH əməkdaşlarına tapşırıqlar verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.

Gununsesi.info