Yasamal rayon Məhkəməsinin sabiq hakimi məhkəmə qarşısında

  • By admin
  • 22 Sentyabr 2016 11:10

mehkeme

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə  təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, F. Rzayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. F. Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim, daha sonra Bakı Hərbi Məhkəməsinin icra şöbəsinin rəisi vəzifəsində çalışıb.

Gülnaz Qənbərli

Gununsesi.info