Yasamal rayonunda əmək yarmarkası keçirilib -Fotolar

  • By ilhame
  • 17 Aprel 2024 22:58

Bu gün Yasamal rayonunda əmək yarmarkası öz işinə başlayıb. Yasamal Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutan əmək yarmarkasına çoxlu sayda vətəndaşlar və işəgötürən şirkətlər qatılıb.

 

Gununsesi.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxış edərək qeyd edib ki, karyera sərgisinə ev sahiblyi etməkdən böyük məmnunluq hissi keçirir.

Vilayət Vəliyev xüsusən gənc kadrların məşğulluq məsələlərinin ölkəmiz üçün önəmli olduğunu vurğulayıb.

 

Daha sonra söz Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova verildi. İcra başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın sosial durumu, rifahı və məşğulluğu dövlət rəhbərliyi üçün əsas prioritedir. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıq və tövsiyyələri ardıcıl şəkildə icra olunur və əmək yarmarkası bu sahədə həyata keçirilən silsilə tədbirlərdən biridir. İcra başçısı rayon sakinlərinin aktiv məşğulluq proqramları ilə əhatə olunmasından məmnun olduqlarını qeyd etdi. Bildirildi ki, Yasamal RİH olaraq hər həftə ərazidə sakinlərlə görüşlər keçirilir və bu görüşlərdə qaldırılan məsələlərdən biri də məşğulluqdur. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı əmək yarmarkasının insanlar üçün faydalı olacağına və Yasamal rayonunda məşğulluğa öz müsbət təsirini göstərəcəyinə inam ifadə etdi.

Daha sona çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd etdi ki, yarmarkada dövlət və özəl sektordan olan və paytaxtımızda fəaliyyət göstərən 100 yaxın müəssisə və şirkət iştirak edir. Yarmarkada müxtəlif istiqamətlər üzrə 1000-ə yaxın vakansiya təqdim edilib. Müvafiq müəssisə və şirkətlər əsasən xidmət, istehsal, tikinti və digər sahələri təmsil edir. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri son zamanlar qurumun bu istiqamətdə həyata keçirdiyi texnoloji teniliklər barədə məlumat verib.

 

Daha sonra rəsmilər əmək yarmarkasının gedişatı ilə bilavasitə tanış olaraq, şirkət və vətəndaşlarla söhbətlər ediblər.

Gununsesi.info