Yasamal rayonunda qəzaya görə tıxac yaranıb

Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info   xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki , qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

Gununsesi.info