Yasamal rayonunun ictimaiyyəti 20 Yanvar şəhidlərini anıb - FOTOLAR

  • By admin
  • 20 Yanvar 2023 19:44

20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar paytaxtn 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları, ziyalılar və şəhid ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə ehsan süfrəsi açılıb.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onlara təsəlli verib.

Daha sonra Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.





Gununsesi.info