Bu gün Yasamal Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən inşaat və maliyyə sektorunu təmsil edən iş adamları ilə görüş keçirilib.Görüşdə müxtəlif tikinti, bank və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər.Görüşün əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhid əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giris sözü ilə açan Yasamal Rayon İcra Hakmiyyətinin başısı Elşad Həsənov 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Qarabağı azad edildiyini bildirdi.Qeyd olundu ki, cənab Prezidentin rəhbərliyi ilə qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar.
Vətən Müharibəsində xalqımız minlərlə şəhid verdi. Bu şəhidlərin 34 nəfəri Yasamal rayonunda qeydiyyatda olan sakinlərimizdir.Həmçinin Yasamal rayon qeydiyyatında olan 160-dən çox qazi var. Son 3 ildə Yasamal RİH bu ailələrə bütün mümkün yardımı edib və bu gün də etməkdədir.
İcra başçısı qeyd etdi ki,Azərbaycan dövləti hər zaman özəl sahibkarlığı dəstəkləyib.Ən çətin anlarda hökümət biznesə dəstək olub. İcra başçısı bildirdi ki, bunun müqabilində biznes gərək öz sosial məsuliyyətini dərk etsin.Əhalinin həssas sosial təbəqə nümayəndələri var və onlar xüsusi diqqət tələb edir. Bu mənada şəhid ailələri və qazilər ən prioritet təbəqədir. Bu gün onlara əl tutmaq dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir.
Qeyd olundu ki, bu gün şəhid ailələri və qaziləri bir sıra problemlər, o cümlədən məşğulluq,mənzil-məişət şəraitinin yaxşılaşdırılması,ailə biznesinə dəstək, kredit ödənişi və digər məsələlər narahat edir.Bu baxımdan biznes öz sosial məsuliyyətini dərk edərək həssas təbəqə nümayəndələrinə dəstək olsa, bundan həm cəmiyyət, həm də biznes udar.
Daha sonra tədbir sual-cavab formatında öz işini davam etdirdi. İş adamları və sahibkarlar Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsünü tam bəyəndiklərini və həssas təbəqə nümayəndələrinə dəstək olmağa hazır olduqlarını bildirdilər.