“Yasamal icra başçısı bizimlə küçə itindən də betər rəftar edir”

  • By admin
  • 20 İyun 2016 16:00

 

sovetski (1)

 

Bakının “Sovetski” adıyla məşhur olan ərazisində Mustafa Sübhi küçəsi 60 ünvanındakı tarixi binanın 2 gündür elektrik və qaz xətlləri kəsilib. Bu haqda Gununsesi.info-ya sözügedən binanın sakini Mahirə Nurməmmədova məlumat verib. Onun sözlərinə görə, bina qorunan tarixi abidələr siyahısında olsa da, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları sakinlərə xəbərdarlıq etmədən komunikasiya xətlərini kəsib: “Evlərimiz memarlıq abidəsi siyahısındaydı. Hətta tarixi-memamarlıq abidəsi sayıldığından binaya siqnalizasiya da quraşdırılmışdı. Bizə dedilər ki, sizin evləriniz qorunur. Lakin bir neçə ay bundan əvvəl binalarımız memarlıq-tarixi abidələri siyahısından çıxarılıb. Baxmayaraq, elektrik və qaza görə borcum da yoxdur, amma bizi enerjisiz qoydular. Sayğacları da kökündən çıxarıb apardılar. Yasamal RİH-nə və MİS-ə etirazımızı bildirəndə dedilər ki, çıxın buradan, yoxsa evlərinizi başınıza uçuracağıq. Çıxmalısınız vəssəlam. Dalbadal devalvasiyalar olmasına baxmayaraq, bizə 3 il əvvəlki qiymətlə kompensasiya təklif edirlər. 100 kv.m-lik evimi 70 kv.m yazıblar. Evin altındakı obyektimi, ümumiyyətlə, siyahıya almayıblar. Bizə nə ev verirlər, nə də kompensasiya. Hər yerə şikayət etmişik. Lakin bütün şikayətlər bizə təzyiq göstərən icra hakimiyyətinə göndərirlər. Mən Azərbaycan vətəndaşıyam. Məni niyə bayıra atırlar? Qaçqın statusu versinlər çıxım gedim ölkədən. Elə insanlar var ki, burada suyu bele yoxdur, ocaqda yemək hazırlaylırıq. Qonşum Şirəlibəyova İrinanin evdən çıxma müddəti iyulun 8-də başa çatır. Amma onların da kommunikasiya xətləri kəsilib. Heç olmasa, həmin müddətin başa çatmasını belə gözləməyiblər. Uşaqlar ac qalır. Nə edəcəyimizi bilmirik. Heç yerdə vətəndaşlarla bu cür rəftar etmirlər. Yasamal rayon icra hakimiyyətinin başçısı bizimlə küçə itindən də betər münasibət göstərir. Səsimizi eşidən yoxdur”. İrina Şirəliyeva deyir ki, söküntü zamanı rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ərazidə olub. Ona prezidentin “Sovetski”dən kimsənin zorla köçürülməməsi barədə hökumətə məlum tapşırığını xatırladıb və niyə köçmək istəməyən sakinlərin evlərinə işıq, qaz və su təchizatının dayandırıldığını soruşub: “İbrahim Mehtiyev elə qəzəbləndi ki. Nifrətlə dedi ki, əcəb edirəm, bura söküləcək, vəssalam”.

Qeyd edək ki, indiyədək bu məhəllədə 3500-dən çox ev sökülsə də, hökumətin təklif etdiyi hər kvadratmetrə görə 1500 manat məbləğində olan kompensasiya ilə razılaşmayıb, oradan köçməyənlər də var. Köçməyənlər isə daha çox mənzillərinin kvadratı az olan ailələrdir. Onlar bildirirlər ki, daşınmaz əmlak bazarında qiymətlər yüksək olduğu üçün hökumətin təklif etdiyi 1500 manatla haradasa ev almaq çətin məsələdir. Ona görə də, yaşadıqları məkandan köçmək istəmirlər.

 

sovetski (2)

 

Gülnaz Qənbərli