
Yasamal rayonu A. Ağayev küçəsi 7 ünvanında oğurluq hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, həmin ünvanda yaşayan Dilşad Əlimərdanova deyir ki bu ilin fevral ayının 17-18 qızıgilə qonaq gedib. 2 gündən sonra evinə qayıdan qadın evinin qarət olunduğunu görüb. Dərhal Yasamal rayon 26-cı Polis Bölməsinə məlumat verib. Polis Bölməsinin əməkdaşları və ekspertlər mənzilə baxış keçiriblər. Məlum olub ki, oğru və ya oğrular zərərçəkən Əlimərdanovanın evinə hamam otağında olan pəncərinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Zərərçəkən Dilşad Əlimərdanova bu hadisədən sonra qorxduğu üçün onun görüntülənməməsini xahiş edib. Çağrılmamış qonaqlar onun evidnən bir ədəd notbook, bahalı ətirlər, spirtli içkilər və 500 manat pul aparıblar. Müsahibim məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Yasam rayon Polis İdarəsinə və digər müvafiq qurumlara müraciət etdiyini deyir. Ancaq hadisənin üzərindən 5 ay keçməsinə baxmayaraq, sözügedən oğurluğu törədən şəxslərdən bir xəbər olmadığını bildirir. Onun sözlərinə görə, məlum hadisəni qonşuluqda yaşayan şəxslər törədib. Bunu deməyə isə kifayət qədər əsasının olduğunu deyir. Belə ki qonşuluqda yaşayan bir şəxs ona yaxınlşaraq sənin oğurlanan ətirlərin başqa bir qızda olduğunu deyib. Sözügedən qız öz rəfiqəsinə şəkilləri göstərərək bildirib ki, bu ətirləri ona sevgilisi alıb.
Dilşad xanıma ən çox təsir edən isə onun 5il bundan qabaq dünaysını dəyişən oğlunun xatirəsi üçün saxladığı bəzək əşyaları, tələbə bileti və oğlundan yadigar qalan əşyaların oğurlanmasıdır. Dilşad xanımın müraciətlərindən sonra Yasamal rayon Prokrorluğundan cavab gəlib. Cavabda bildirlir ki, sözügedən oğurluq hadisəni törətməkdə şübhəli bilinən şəxləri tapmaq mümkün olmadığından cinayət işi dayandırılıb. İndi Dilşad xanımın bir xahişi var, o, cinayət işinə yenidən baxılması və dünyasını dəyişmiş oğlundan qalan xatirələri ondan alanların tutularaq istintaqa təhfil verilməsini istəyir.
Gununsesi.info