Yasamal və Abşeronda müavinətlərin gecikməsi nə ilə bağlıdır? - Nazirlik məsələni araşdıracaq

  • By Mayil
  • 04 Avqust 2016

1451479624_1-kopiya

 

Vətəndaşlara dövlətin verdiyi işsizliyə görə müavinətlərdə son aylar ləngimələr müşahidə edilir. Belə ki, Gununsesi.info-ya daxil olan məlumata görə, Abşeron və Yasamal rayonlarının müavinət alan vətəndaşları mart ayından indiyədək bir qəpik belə almayıblar. Yasamal rayon sakini Xalidə Firəddin qızı Vəliyeva və Abşeron rayonu Qobu qəsəbəsinin sakini,  hazırda analıq məzuniyyətində olan ibtidai sinif müəllimi Gülər İmran qızı Nağıyevanın sözlərinə görə, onlar müavinətlərin, “uşaqpulu”nun verilməsində yaranan uzun fasilənin səbəbini öyrənə bilmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadıqları ərazidəki müvafiq idarələri isə, ləngimənin günahının nazırlikdə olduğunu deyirlər. Vətəndaşların sözlərinə görə, məmurlar bildirib ki, nazirlik müavinətlər üçün ayrılan məbləği köçürmürlərsə, biz nə edə bilərik?!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Gununsesi.info-nun məsələylə bağlı sorğusunu cavablandırıb. O, bildirib ki, müavinətlərin verilməsində ciddi ləngimə halları 2016-ci ilin müvafiq aylarında hələ ki müşahidə edilməyib: “Respublikada müavinətlərin verilməsi sahəsində heç bir problem yoxdur. Bununla bağlı nazirliyə şikayətlər də daxil olmayıb. Ola bilsin ki, tək-tək vətəndaşlarda belə problem yaranıb. Amma ləngimə varsa, səbəbələri araşdırlıb, vətəndaşa bu haqda məlumat verilir. Sozügedən problemi də araşdırıb, problemin nədən qaynaqlandığını aydınıaşdıracağıq”-deyə, o, bildirib.

 Gülnaz Qənbərli

Gununsesi.info