Yasamal və Xaçmazda heyvan kəsimi məntəqələrində reydlər keçirilib

  • By admin
  • 26 Sentyabr 2019 20:56

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Yasamal və Xaçmaz rayonları ərazisində reydlər keçirib.

Gununsesi.org xəbər verir ki, AQTA-dan verilən məlumata görə, reydlərdə rayon icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.

HTML tutorial

Yoxlama zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin müəyyən hissəsinin üzərində baytarlıq müayinəsindən keçməsini təsdiqləyən möhür və müvafiq arayışların olmadığı müəyyən edilib.

Məntəqə sahiblərinə ciddi xəbərdarlıq olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyyə edilib.

 

 

Gununsesi.org