Yasamalda 36 yaşlı kişi özünə bıçaqla xəsarət yetirdi

  • By admin
  • 09 May 2021 18:45

Bakıda intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info-nun  məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 1985-ci il təvəllüdlü Səlimov Elxan Ağasəlim oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info