Yasamalda Bədən tərbiyəsi və idman günü qeyd edildi - FOTOLAR

  • By admin
  • 03 Mart 2023 12:12

Bədən tərbiyəsi və idman günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə akt zalının foyesində ötən illər ərzində paytaxtımızda təşkil edilmiş mötəbər idman tədbirlərinə həsr olunmuş foto sərgi nümayiş etdirilib.

İclasda dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəqlik sükutla yad edilib. Daha sonra Azərbaycanda idmanın inkişaf mərhələlərindən bəhs edən qısa metrajlı film nümayiş etdirilib.

Daha sonra geniş nitqlə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edib: “Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 30 ildə qazandığı yüksək nəticələrinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İstər sovet vaxtı, istər müstəqillik illərində Heydər Əliyevin təşəbbüsü ilə ölkədə çoxsaylı idman infrastrukturları tikilib istismara verilib. Müstəqillik dövründə Ulu Öndərin sərəncamı ilə İdman və Gənclər Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi yaradılıb.

Bu gün bu siyasət Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Son on illiklərdə Azərbayanda çoxlu sayda olimpiya idman kompleksləri və müxtəlif idman arenaları tikilərək istifadəyə verilib. Ölkəmizdə Avropa Oyunları, “Formula-1” yarışı, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu beynəlxalq yarışlar uğurla baş tutub. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir”.

Tədbirin sonunda idman nailiyyətlərinə görə bir qrup idmançıya fəxri fərmanlar təqdim edildi və xatirə fotosu çəkilib.






Gununsesi.info