Yasamalda çoxmərtəbəli binada YANĞIN

  • By admin
  • 13 Yanvar 2023 19:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Gununsesi.info