Yasamalda kütləvi dava

  • By admin
  • 08 Avqust 2016 20:51

dava

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun D.Bünyadzadə küçəsi ev 12 ünvanın qarşısında Ümüd adlı və digər iki nəfər naməlum şəxs orada yaşayanlar – 1992-ci il təvəllüdlü Abdulla Bağırovu və qardaşı, 1996-ci il təvəllüdlü Qadir Bağırovu döyərək bıçaqla bədənin müxtəlif nahiyələrinə xəsarət yetiriblər.

Nəticədə iki qardaş kəsilmiş-deşilmiş yaraları ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərdən biri – Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elmar Quluzadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)