Yasamalda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub - YARALANANLAR VAR (YENİLƏNİB)

  • By admin
  • 07 İyun 2017 14:42

yasamal-yangin-07062017

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub.

Gununsesi.info-nun məlumatına görə, Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın söndürülüb.

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, əraziyə 3 təcili yardım briqadası cəlb olunub: “İndiyə qədər yanğınla bağlı hospitalizə olunan olmayıb”.

Yanğın zamanı yataqxananın bir hissəsində 5 mərtəbə yanıb. Yanğın xüsusən balkonları əhatə edib.
Yanğın zamanı xəsarət alan bir nəfərin xəstəxanaya yerləşdirdirilib.
Gununsesi.info