Yasamalda maşınla 7 yaşlı qızı vurub qaçdılar

  • By admin
  • 23 İyul 2017 17:44

tecili-yardim-1
Paytaxtda naməlum avtomobil 7 yaşlı qızı vurub.

Gununsei.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, V.Əliyev küçəsi 200 ünvanının qarşısında baş verib.

Nömrəsi və markası məlum olmayan avtomobil 2010-ci il təvəllüdlü Fatimə Çələbiyevanı vuraraq uzaqlaşıb. Azyaşlı Travmatologiya xəstəxanasına yerləşdirilib.

Hazırda qəzanı törədən sürücünün və avtomobilinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Gununsesi.info