Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var

  • By admin
  • 27 Avqust 2020 22:40

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Məmmədov Anar Mirzəməmməd oğlu idarə etdiyi motosikletlə avtomobilə çırpılıb. Nəticədə o hadisə yerində bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info