Yasamalda obyektin damından 34 yaşlı kişi cəsədi tapılıb

  • By admin
  • 12 Dekabr 2021 20:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli obyektin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Gununsesi.info bu barədə FHN-ə istinadən xəbər verir.

HTML tutorial

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun meyitini aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info