Yasamalda qardaş bacını qətlə yetirdi - Xızıda yaxalandı +YENİLƏNİB

  • By admin
  • 13 İyul 2018 10:16

Картинки по запросу qardaş bacını qətlə yetirdi

Bakıda qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən  xəbərə gorə, iyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanı kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

****
Hadisə Aalatava qəsəbəsində qeydə alınıb.

Gununsesi.info-nun verdiyi xəbərə gorə, 1974-cü il təvəllüdlü Bayramov Səid Abbas oğlu bacısı, 1976-cı il İslamova Xanım Abbas qızına çoxsaylı bıçaq zərbələri endirib sonra isə evi tərk edərək qaçıb. 42 yaşlı qadın hadisə yerinədəcədə keçinib. Hadisə yerinə Yasamal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar. Məlum olub ki, hadisə qısqanclıq zəmində qeydə alınıb. Hazırda Yasamal RPİ-si 29-cu Polis Bölməsinin əməkdaşları bacısını qətlə yetirən şəxsin axtarışlarına başlayıblar.

Faktla əlaqədar Yasamal rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldümə maddəsi ilə cinayət işi başlanıb.