Yasamalda qazilərlə görüş keçirilib

Yasamal rayonunda Vətən müharibəsinin qaziləri ilə daha bir görüş keçirilib. Yasamal rayon Heydər Əliyev mərkəzində baş tutan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH aparatının məsul əməkdaşları, qazilər və Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev iştirak edib.

Öncə görüş iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoydular, əziz xatirəsini yad etdilər.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Vətən müharibəsi iştirakçıları ilə işin təşkilinə xüsusi diqqət ayrılır.

Qeyd olundu ki, tarixi Zəfərə görə biz müzəffər Ali Baş Komandan, şəhidlər və qazilər qarşısında borcluyuq. Bildirildi ki, Vətən müharibəsi iştirakçılarının problemlərinin həlli hazırda dövlət qurumlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Bu mənada Yasamal rayonunda müharibə veteranlarına, onların probləmlərinə maksimum diqqət ayrırlır.

Öz növbəsində Haqqın.az saytının baş redaktoru, əməkdar jurnalist Eynulla Fətullayev bildirdi ki, Yasamal rayonunun sakini kimi rayonda həssas təbəqə nümayəndələrinə diqqət onlar üçün mühüm əhəmiyyət kəsb edir.

Keçirilən görüşlərdə məqsəd isə əlil olan və sosial dəstəyə ehtiyacı olan qazilərimizə maddi və mənəvi dayaq olmaqdır.Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib və bu gün biz bu insanlara dəstək olmalıyıq.

Öz növbəsində qazilər dövlət səviyyəsində diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə xüsusi təşəkkürünü ifadə etdilər.Bildirildi ki, qazi və şəhid ailələrinin sosial qayğıları ən yüksək səviyyədə həll olunur.

Yasamal rayonunda Vətən müharibəsi qaziləri ilə görüşlər və onların sosial ehtiyaclarının qarşılanması üzrə silsilə görüşlər davam edir.

 

Gununsesi.info