Yasamalda “Qutabdan Kitaba” sosial sahibkarlıq layihəsi keçirilib

  • By admin
  • 12 Dekabr 2022 00:31

“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi  tərəfindən Yasamal Rayonu ərazisində silsilə “Sosial Bazar”lar təşkil edilir.

Gununsesi.info-nun xəbərinə görə, bu dəfə “Sosial Bazar” Yasamal rayonunun Şərur MTK- 1 ünvanında keçirilib.

Bu layihə həssas qrup nümayəndəsi hesab olunan tənha qadınların məşğulluğunu təmin edir. Bu layihədə övladlarını tənha qanadlarının altına alan analar birgə toplanıb həm ruzilərini faydalı şəkildə qazanırlar, həm də sosial bazardan əldə olunan gəlirin ataları vəfat etmiş abituriyentlərin, tələbələrin təhsil təqaüdünə yönəlməsilə xoşbəxt olurlar, mənəvi doyum hissi yaşayırlar.
Beləliklə, tənha qadınların iş yeri qazanmaqla bərabər, daha önəmli olan
mənəvi qazanclarıdır.

Belə ki, kollektiv şəkildə sosial dəyər qazanan və paralel olaraq sosial məsuliyyətin verdiyi mənəvi zövqü qazanan qadınlar sosial dəyər qazandırmağa müvəffəq olurlar. “Sosial Bazar”ın bariz nümunəsi hesab olunan “Qutabdan Kitaba” sosial layihəsi paralel olaraq,
digər sosial layihələrin bazara çıxışlarının təminatçısı olmuş olur. Hər həftə böyük yaşayış   massivlərinin qarşısında təşkil olunan “Sosial bazar” eyni zamanda sosial sahibkarlığın “yaxşılarla bərabər yaxşılığa dəstək”, “Cığır” ictimai birliyinin “hər qəlbdə mərhəmət ” şüarına çağırış etmiş olur. Cəmiyyətin qəlbindəki mərhəmət duyğsunun inkişafı cəmiyyətin birbaşa
rifahıdır.

“Qutabdan Kitaba” sosial sahibkarlıq layihəsi, həqiqətən, sübut edir ki, sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği bir başa mənəvi dəyərlərin inkişafına xidmət edir. Sosial bazarda anaların əl işləri, kulinar bacarıqları olan məmulatlar da əksini tapır ki, bu da layihənin özlüyündə bir daha sosial müəssisə olduğunu və sosial dəyərə xidmət
olduğunu təsdiq edir.

Günay

Gununsesi.info