Yasamalda sakinlərlə növbəti görüş keçirildi - FOTOLAR

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iyul ayı üzrə növbəti səyyar görüş keçirib.

Gununsesi.info xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüş 1 saylı Tibb kollecinin akt zalında baş tutub.

Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verib.

İcra başçısı həmçinin qəbullar və vətəndaş müraciətlərinin operativ həllinə dair statistikaları bölüşüb və bildirib ki, müraciətlərin əksəriyyəti öz müsbət həllini tapır.

Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş edib.

Söz alan vətəndaşlar istismar müddəti bitmiş və sökülən evlərə görə kompensasiya, yanğın nəticəsində zərər çəkmiş binanın təmiri, incəsənət xadimlərinin mənzil növbəsi, Birinci Qarabağ müharibəsi veteranlarının işlə təmini, Sovetski kimi tanınan ərazidə yeni söküntünün mümkünlüyü, rayonda kanalizasiya xəttlərinin mövcud durumu, qurumuş agacların budanması, qonşular arasında fərdi tikintiyə görə mübahisələr, qəyyumluq və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər. Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verib. Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verili. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.





Gununsesi.info