Yasamalda yaşayış binasındakı yanğın söndürüldü - FOTO + VİDEO (YENİLƏNİB)

  • By admin
  • 24 İyul 2017 11:32

yangin_23783475765

Bakının Yasamal rayonu ərazisində İnşaatçılar prospektində yerləşən yaşayış binasında yanğın baş verib. 

Gununsesi.info saytı xəbər verir ki, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerində müvafiq tədbirlər görürlər.

Fövqəladə Hallar Nazirliyinin olayla bağlı yaydığı məlumatda bildirilir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09:20

Bakıda yaşayış binasında yanğın başlayıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

trend_fire_240717

Gununsesi.info