“Yasamalda yaşıllıq massivinin məhv edilməsi deputatlara ayrılacaq növbəti mənzillər üçün imiş…” - ASLAN İSMAYILOVDAN DAHA BİR İDDİA

  • By admin
  • 18 Aprel 2017 17:20

milli-meclis

Tanınmış vəkili Aslan İsmayılov daha bir sensasiyalı iddia irəli sürüb.

Onun iddiasına görə, “Ovçular evi” deyilən ərazidə yaşıllıqların məhv edilərək, onun yerində çoxmənzilli göydələnin ucaldılması millət vəkilləri üçün nəzərdə tutulubmuş, daha doğrusu, inşası nəzərdə tutulan binada millət vəkilləri yaşayaclarmış.

Gununsesi.info-nun xəbərinə görə, o, öz iddiasını yenə də şəxsi “Facebook” səhifəsində paylaşdığı statusunda irəli sürüb.

“… Yasamalda çoxillik ağacların kəsilməsi, yaşıllıq massivinin məhv edilməsi onlara ayrılacaq növbəti mənzillər üçün imiş…”-deyə, A. İsmayılov sonra yazıb.

Onu da qeyd edək ki, ötən həftənin şənbə ölkə Prezidenti İlham Əliyevin məsələyə müdaxiləsindən və göstərişindən sonra həmin ərazidə yaşıllıqların məhv edilməsi və yaşayış binasının tikintisi dayandırılıb.

Ölkə Prezidentinin bu addımı  Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Yeri gəlmişkən, irəli sürülən iddia ilə bağlı qarşı tərəfin-millət vəkillərinin də mövqeyini işıqlandırmağa hazırıq.

Aslan-Ismayilov

Gununsesi.info