
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Dövlət Pedaqoji Kollecinin akt zalında vətəndaşlarla görüşüb.
Gununsesi.info xəbər verir ki, görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Elşad Həsənov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verib. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş edib.
Vətəndaşlar istismar müddəti bitmiş yaşayış binalarının söküntüsü və yeni, müasir tipli binaların tikintisi, məşğulluq məsələləri, rayondakı kanalizasiya xəttlərinin mövcud vəziyyəti, qəzalı evlərin təmiri, sosial yardım və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.
Yasamal RİH-nin başçısı Elşad Həsənov sakinlərin suallarını geniş şəkildə cavablandırıb, bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verib. Sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.