Türkiyənin milli müdafiə naziri Yaşar Gülər britaniyalı həmkarı Con Hili ilə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlər Suriyadakı son durumu müzakirə ediblər.
Tərəflər, həmçinin regional, beynəlxalq təhlükəsizlik və müdafiə məsələləri barədə fikir mübadiləsi aparıblar.