Azərbaycanın daha bir cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Gununsesi.info xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Y. Nəcəfov 3-cü yer uğrunda görüşdə Villian Limanı (Braziliya) məğlub edib.
Qeyd edək ki, turnirdə Balabəy Ağayev (60 kq) bürünc medal qazanıb. Rəşad Yelkiyev (66 kq) və Aydan Vəliyeva (52 kq) isə 3-cü yer uğrunda görüşdə rəqiblərinə məğlub olublar.
Gununsesi.info