Bu il “YAŞAT” Fondu tərəfindən təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqamətində 236 müraciət üzrə 945 min 895 manat 85 qəpik vəsait xərclənib.
Gununsesi.info xəbər ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 3 illik hesabat tədbirində deyib.
E.Hüseynov bildirib ki, həmin vəsaitin 576 min 676 manat 8 qəpiyi təhsil, 369 min 219 manat 77 qəpiyi isə yaradıcı potensialın inkişafı üzrə yönləndirilib. Müraciət edənlərdən 166-sı şəhid ailəsi üzvü, 70-i yaralıdır.
Ümumilikdə üç il ərzində bu fəaliyyət istiqaməti üzrə 703 müraciət qeydə alınıb ki, 2 milyon 424 min 635 manat 3 qəpik vəsait xərclənib.
Gununsesi.info