“YAŞAT” Fondu 1300-dən çox hədiyyə qutusunu şəhid övladlarına təhvil verib - VİDEO

  • By admin
  • 08 İyun 2023 12:27

“YAŞAT” Fondunun təşkilatçılığı ilə növbəti dəfə həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi çərçivəsində 1344 qutunu aidiyyəti üzrə təhvil verilib.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılır.

Daha 322 qutunun təqdim olunması prosesi isə davam edir.

Gununsesi.info