“YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib

  • By admin
  • 22 Aprel 2021 12:50

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (aprelin 20-nə kimi) 31 020 243.38 manat vəsait mədaxil olub.

Fonddan bildirilib ki, ölkə ərazisində 2881 şəhidin ailə üzvləri, habelə 2735 yaralı olmaqla, ümumilikdə 14 240 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 5775 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb.

Gununsesi.info