Ötən gecə Fransanın Buortzviller əyalətinin Mulhous şəhərində bəlli olmayan şəraitdə yaşayış binasında baş verən yanğında 3 türk yanaraq dünyasını dəyişib.
Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, yanğın nəticəsində 5 nəfər dünyasını dəyişib, onlardan üçü isə 3 türkdür. Yanaraq ölənlərdən 4-ü isə uşaqdır.
Yanğında yanaraq ölən türklərin kimliyi bəlli olub. Onlar Kelkitli Ertuç və Kahramanmaraşlı Aksu ailələrinin üzvləridir. Yanğın zamanı 8 nəfərin yaralandığı bildirilir. Onlar müxtəlif yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Yaralıların 3-nün isə vəziyyəti ağırdır.
Gununsesi.info