Xudat şəhərində yaşayış binasında partlayış baş verib.
Gununsesi.info Report.az -a istinadən xəbər verir ki, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, ikimərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.