Yaşayış binasında yanğın BAŞ VERDİ

  • By admin
  • 28 Sentyabr 2022 19:05

Abşeron rayonunun Mehdiabad qəsəbəsində hündürmərtəbəli yaşayış binasının zirzəmisində 48 ədəd sayğac və şaxtadan keçən kabellər yanıb.

FHN-dən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info