Yaşayış binasında yanğın: 30 nəfər təxliyə olundu

  • By admin
  • 14 Fevral 2023 09:42

Xaçmaz şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 2 ədəd döşək yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info