Yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 04 Yanvar 2018 22:40

Sumqayıtda yaşayış binasında yanğın olub.

Gununsesi.info FHN-nin saytına istinadən bildirir ki, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Gununsesi.info