Yaşayış binasındakı yanğında xəsarət alan olub? - TƏBİB-dən açıqlama - Yenilənib

  • By Günel
  • 31 Oktyabr 2024 22:00

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.

“Yanğının səbəbi araşdırılır. Əlavə məlumat veriləcək”, – DYMX əməkdaşı bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. (“Report”)

Abşeron rayonu, Gənclər şəhərciyi ərazisində binanın yanması səbəbi ilə çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Hələ ki müraciət qeydə alınmayıb”, – məlumatda qeyd olunub.

Gununsesi.info