Yaşayış evində güclü yanğın- 3 UŞAQ YANARAQ ÖLÜB

Yaşayış evində güclü yanğın

Rusiyanın Sverdlovsk vilayətində fərdi evdə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Yekaterinburq şəhərində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 4 və 5 yaşlı oğlan, həmçinin 2 yaşlı qızın yanmış meyiti aşkarlanıb. Məlumata əsasən, xilasedicilər iki nəfərin həyatını xilas edə biliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info

COMMENTS