Yaşayış minimumu qəbul edildi

  • By admin
  • 17 Noyabr 2021 15:44

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Gununsesi.info xəbər verir ki, deputatlar qanun layihəsini müzakirəsiz qəbul edib.

Qeyd edək ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.

Gununsesi.info