Yaşı 18-dən az olanlara siqaret və spirtli içki qadağan olunur

  • By admin
  • 15 Noyabr 2016 11:52

spirt

18 yaşı olmayanlara siqaret və spirtli içkilərin qəbul etməsi qadağan olunacaq.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanun layihəsinə dəyişiklik və əlavələr məsələsi müzakirə olunub.

Qanun layihəsinə edilən dəyişiklik və əlavələrə əsasən 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması mqəsədi ilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur.

Belə ki, 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi şans və mərc oyunlarda birbaşa və dolayı ilə yolla iştirakı, himyəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20.00-dan sonra bar, diskoteka və gecə klublarında olmasında iştirakı qadağan edilir.

Mürtəza

Gununsesi.info