Amerikalıların əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Co Baydenin movcüd yaşı ona ikinci prezidentlik dövründə ölkəni effektiv şəkildə idarə etməyə imkan verməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ mediası AP-NORC ictimaiyyətlə əlaqələr tədqiqat mərkəzinin keçirdiyi sorğuya əsasən məlumat yayıb.
Co Bayden ABŞ tarixində Ağ Evin ən yaşlı rəhbəri olmasına baxmayaraq qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Bayden yenidən prezident seçilərsə, onun 82 yaşı tamam olacaq
AP-NORC sorğusunda iştirak edən amerikalıların 77%-nin fikrincə, Bayden daha dörd il vəzifədə qalaraq effektiv rəhbərlik etmək üçün çox qocadır. Belə ki, Respublikaçılar Partiyasının tərəfdarlarının 89%-i, Demokratların isə 69%-i belə düşünür.
Qeyd edək ki, Bayden dəfələrlə söz çaşqınlığında, adları unutmaq və ya boşuna salam vermək kimi gülünc hallara düşüb. Xüsusən də çıxışlarında Liviya ilə Suriyanı, İraq və İranı, Barak Obama və Donald Trampı, eskalasiya və peyvəndi qarışdırıb.
NATO-nun Litvada keçirilən sammitindən sonrakı çıxışında isə Rusiyaya “Rusiya ərazisinə” hücumları dayandırmağı, bir müddət sonra isə səhvini anlayaraq Ukrayna ərazilərini nəzərdə tutduğunu deyib.
Bütün bunlara baxmayaraq onun həyat yoldaşı dövlət başçısının bu kimi hallarının tənqid hala çevrilməsini “gülünc” adlandırıb.
Tərcümə
Şəbnəm