Yaşıl çayın faydaları - O GƏLƏCƏYİN ANASININ ÜMUMİ VƏZİYYƏTİNƏ YAXŞI TƏSİR GÖSTƏRİR

  • By admin
  • 27 Mart 2017 23:30

yasil cay

Alimlər toksikozdan əziyyət çəkən hamilə qadınlar üçün yeni yol tapıblar. Yaşıl çay gələcəyin anasının ümumi vəziyyətinə yaxşı təsir göstərir və immuniteti möhkəmləndirir.

Gununsesi.info bildirir ki, alimlər yaşıl çayın kalium, maqnezium, manqanla zənginliyini, habelə antioksidant olmasını qeyd edirlər. Hamilə qadınlar üçün faydası ilə yanaşı, yaşıl çay ürək-damar xəstəlikləri, böyrəklərdə daşların yaranması, dişlərdə kariyes, habelə onkologiya riskini azaldır. Tədqiqatçılar yaşıl çay içməyi hamiləlik vaxtı “daim ac olan” qadınlara da məsləhət görürlər.

Hamıya məlumdur ki, həddindən artıq yemə orqanizmə mənfi təsir göstərir. Yaşıl çay hamilə qadında bu problemi aradan qaldırır və həzm sistemini qaydaya salır. Alimlər qeyd ediblər ki, maksimum fayda götürmək üçün yaşıl çayı düzgün dəmləmək lazımdır. Bunun üçün çayın üstünə temperaturu 87 dərəcədən çox olmayan su əlavə edilir və 3 dəqiqə ərzində dəmlənir. Çayın növü yüksək olduqca, dəmlənmə üçün də çox vaxt lazım olur.

Gununsesi.info