“Yaşıl məktəb” layihəsi genişlənir

  • By admin
  • 18 Aprel 2017 12:29

unnamed (4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi çərçivəsində yaşıllıq zolaqları salınıb.

BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, layihə çərçivəsində keçirilən ekoloji tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı məktəblilər də iştirak edib.

Belə ki, 40 ümumi təhsil müəssisəsini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində çoxsaylı ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Məktəblilərin ekoloji təfəkkürünü inkişaf etdirmək və cəmiyyətə ekologiyanın qorunmasının vacibliyini bildirmək məqsədilə tədris ocaqlarında ekoloji mövzuda divar qəzetləri hazırlanıb.

“Yaşıl məktəb” layihəsinin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşdırılması, məktəblilərə calaqetmə vərdişlərinin aşılanması, canlı guşələrin və məktəb oranjeriyasının yaradılmasının təmin edilməsindən ibarətdir. Həmçinin, canlı aləmə münasibətdə düzgün yanaşmanın vərdişə çevrilməsi əsas hədəflərdəndir.

Qeyd edək ki, “Yaşıl məktəb” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilir. Növbəti tədris illəri ərzində digər ümumi təhsil müəssisələrində də məktəb bağının salınması, bütün məktəblərin tədricən yaşıllaşdırılması nəzərdə tutulur.

Anar
Gununsesi.info