Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

18 Noyabr 2017 - 23:25

Yaşıl rəngli işıq miqren ağrılarını azaldır- ARAŞDIRMA

Miqrendə işığın təsirinə dair araşdırma aparan elm adamları aşağı sıxlıqlı yaşıl işığın, digər rəngli işıqlarla müqayisədə miqren ağrısını azalda biləcəyini iddia edir. Normal halda ağ, qırmızı və kəhrəba işıqlarının miqren ağrısını artırdığı məlumdur.

Gununsesi.info xəbər verir ki, Harvard Universitetindən araşdırmaçıların apardığı tədqiqatda əldə edilən nəticələr sayəsində miqren xəstəliyi üçün xüsusi olaraq hazırlanmış, yalnız yaşıl dalğa boyunca işıq keçirən eynəklərin kömək ola biləcəyi ehtimal edilir. Bir çox insan miqren əsnasında işığa qarşı həssas olur. İşıq qorxusu (fotofobi) səbəbilə miqren xəstələri yaxşı işıqlandırılmış otaqlarda günəş eynəklərindən istifadə etməyə can atır, ya da qaranlıqda dincəlməyə çalışır. Bu reaksiyanın beyindəki əlaqələrdən qaynaqlandığı ehtimal edilir. Beyində talamus adlı bölgədə retinadan gələn duyğusal məlumat, digər neyronlara ağrı siqnalı olaraq çatdırılır. Nəticə olaraq miqren əsnasında ağrı işıqla və vizual narahatlıqlarla daha da arta bilir. Lakin işığın hər rəngində eyni təsir yoxdur. 6 il əvvəl araşdırmaçılar miqrenin təsirini korlar üzərində işlədi və hələ də bir neçə retina hüceyrəsi olanların parlaq mühitlərdə miqrenlərinin azdığını müşahidə etdi. Xüsusilə mavi işığın ən güclü təsirə sahib olduğu müşahidə edildi. Lakin bu araşdırmada könüllülərin retinaları tərəfindən yalnız mavi işığın işlənə bildiyi müəyyən edildi. Lakin Yeni araşdırmada miqren sancısı çəkən könüllüləri qaranlıq bir otağa salaraq, otağı ağ, mavi, yaşıl, sarı və sonra yaşıl işıqla işıqlandırdı. Könüllülərin işıqla birlikdə miqren ağrılarını araşdırmaq üçün, göz qapaqlarına kiçik elektrodlar bağlayaraq, gözlərindən beyinlərinə köçürülən neyron fəaliyyətini qeyd etdi. Bundan əlavə, könüllülərin başına elektrodlar bağlayaraq beyin fəaliyyətini də araşdırdılar. Təəccüblü olan məsələ isə, budur ki, yaşıl işığın miqren ağrısını artırmadığını və könüllülərin ağrılarını azaltması müşahidə edildi.

Mütəxəssislər bildirirlər ki, bu mövzu haqqında uzun müddət düşünülsə də, hələ də yaşıl işığın niyə daha yaxşı ola biləcəyinə dair bir fikir mövcud deyil.

Gununsesi.info





loading...