Çinin Şengsi kəndi 400 adadan ibarət Gouqi adası üzərində yerləşir. Bu balıqçı kəndini fərqli edən cəhət isə illər öncə sakinləri tərəfindən tərk edilməsi nəticəsində tamamən yaşıllığa qərq olmasıdır. Fotoqraf Qingin çəkdiyi görüntülər sayəsində məşhurlaşan kənd zamanla insanlar tərəfindən tez-tez ziyarət edilməyə başlayıb.
Tərk edilən bu kənddəki evlər boş qaldığından tamamən sarmaşıqlarla örtülüb. Nəticədə ortaya gözəl təbiət mənzərələri çıxıb. Həmçinin, yolların ortalarla əhatə olunması turistlərə nağıllarda təsvir olunan kəndləri xatırladır.
Bitkilər qədim daş divarlara dırmanaraq pəncərlərə qədər uzanır. Təbiətin möcüzəsi hesab olunan bu kənd günü-gündən yaşıla bürünməkdədir.
Kəndin nə vaxt tərk edilməsi haqqında heç bir məlumat yoxdur. İnsanların təbiətin gücünü ruhunda hiss edəcəyi bu əraziyə turlar təşkil olunur.
Gununsesi.info