MTN-nin məşhur polkovnikinin də əmlakı müsadirə olunub

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi polkovnik Yasin Məmmədovun və onun qohumunun adına olan əmlaklar müsadirə edilib.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə hökm Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Yasın Məmmədovun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102 min 200 manat dəyərində Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evi, 104 min 400 manat dəyərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzili müsadirə edilib.

Yasin Məmmədova məxsus ümumilikdə 278 min 600 manat məbləğində əmlak müsadirə edilib.

Gununsesi.info