Yaşından asılı olmayaraq, bütün təhsil işçiləri bu tarixdən vaksinasiyadan keçəcək

  • By admin
  • 03 Aprel 2021 17:57

“Bütün dünyada olduğu kimi, pandemiya Azərbaycanda da təhsilə problemlər yaradıb”.

Bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, aprelin 5-dən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiyadan keçəcək: “95 faizədək təhsil işçisinin vaksinasiyadan keçməsi nəzərdə tutulub. Sentyabr ayınadək prosesin yekunlaşması planlaşdırılır”.

Gununsesi.info